D. Tramp Kaliforniya ştatına federal səviyyədə dəstək göstərilməsinə dair göstəriş verib. O, Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar üzrə Federal İdarəyə məsələ ilə bağlı səyləri koordinasiya etməyə tapşırıb.
Qeyd edək ki, Kaliforniyada yerli hakimiyyət orqanları təxliyə olunmuş insanların evlərinə qayıtmasına icazə versə də, təhlükənin artacağı təqdirdə atılacaq bütün addımlara hazır olmalarını da məsləhət görüb.
Xatırladaq ki, fevralın 12-də ABŞ-ın ən böyük su bəndi olan Orovil bəndinin çökməsi təhlükəsi ilə əlaqədar 120 km radiusda yaşayan 188 min əhali təxliyə edilib.