Halbuki, Viqen Sərkisyan bir neçə həftə əvvəl partiyaya üzv qəbul olunub. Serj Sərkisyanın ikinci qərarı isə bundan ibarətdir ki, əgər hakim partiya parlament seçkisində qələbə qazanarsa, indiki baş nazir Karen Karapetyan yeni hökumət formalaşdıracaq. Yeri gəlmişkən, Karen Karapetyan da seçkidə partiya siyahısında yer almayıb. Çünki, bunun üçün o Ermənistan qanunlarına görə son 4 ili ölkəsində yaşamalıdır. O isə bu vəzifəyə Rusiyadan gətizdirilib.
Beləliklə, Sərkisyanın bu iki qərarından hansı nəticəyə gəlmək olar? Serj Sərkisyan seçkidən sonra baş nazir olmaq istəmir. Halbuki, Konstitusiya dəyişikliklərinə görə seçkidən sonra əsas səlahiyyət sahibi prezident deyil, baş nazir olacaq. Görünür, Sərkisyan ölkəsindəki yaratdığı dərəbəyliyə görə məsuliyyət daşımaq istəmir və ölkəsinin sürükləndiyi fəlakətə görə məsuliyyəti Karen Karapetyana yükləmək istəyir.