Vaxt.Az
Obamaya 60 gün vaxt verildi
Nüvə məsələsi 2 aya həll olunmasa yəhudi lobbisi İranla bağlı...
ABŞ və digər ölkələrdə fəaliyyət göstərən yəhudi lobbisi ABŞ prezidenti Barak Obamaya İranın nüvə böhranını həll etmək üçün iki ay vaxt verib. AzNews.az İsraildə nəşr olunan “Haarts” qəzetinə istinadən xəbər verir ki, Ağ Evə dəvət olunan İsrail lobbisinin nüfuzlu nümayəndələri bildirib ki, onlar bundan sonra yalnız 60 gün ABŞ-ın İran nüvə məsələsini siyasi yollarla həll etmə cəhdlərini gözləyə bilər.
Yəhudi lobbisinin fikrincə, 2 ay sonra bu məsələ həll olunmasa, İrana qarşı daha sərt və iflasa gətirib çıxaracaq sanksiyaların tətbiqi üçün fəaliyyətə başlamaq qaçılmaz olacaq.
Qəzetdə yer alan məlumatlara görə, Ağ Evdə İsrailin nüfuzlu diaspor nümayəndələri ilə görüş keçirilib. Görüşdə disapor nümayəndələrindən istənilib ki, onlar ABŞ Konqresinə İrana qarşı yeni sanksiyalar tətbiq etməsi üçün təsiri dayandırsınlar.
Yəhudi lobbisi İrana qarşı sərt sanksiyaların tətbiqini tələb etsə də, Barak Obama daha çox danışıqlar yolu ilə İran nüvə böhranının həllinə çalışır. Son günlərdə ABŞ- İran münasibətlərində yaxınlaşmanın müşahidə olması yəhudi lobbisinin çox da xoşuna gəlməyib. Bu səbəbdən yəhudi lobbisi İrana qarşı fəaliyyətini genişləndirib.
04.11.2013 çap et