Vaxt.Az

Mərkəzi Bank iflic olub


 

Qış günəşli günündə soyuq keçən yubiley

Mərkəzi Bank iflic olub 2 gün əvvəl Mərkəzi Bankın 5 üzvündən üçünün səlahiyyət müddəti bitib. Məlum olduğu kimi qanuna əsasən Mərkəzi Bankın 7 üzvü olmalıdır: 5-i daimi əsaslarla işləyən və 2 kənar üzv (xarici təcrübədə adətən biri maliyyə nazirliyinin, digəri isə ictimaiyyətin nümayəndəsi olur). Lakin kənar üzv vəzifələri həmişə vakant olub. Çünki Elman Rüstəmov kənardan işinə nəzarət edilməsini istəmədiyindən həmin üzvlərin təyinatının reallaşmasına imkan verməyib. Buna görə də Mərkəzi Bankda həmişə 5 daimi əsaslarla işləyən üzv olub.

Qanuna görə İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Hazırda isə 7 üzvdən cəmi 2-si mövcuddur. Buna görə də Mərkəzi Bank heç bir strateji qərar qəbul etmək səlahiyyətinə malik deyil. Bir sözlə, iflic olub.

Onu da xatırladım ki, 5 gün əvvəl Mərkəzi Bankın yaradılmasının 25 illik yubileyi idi. Lakin 15 və 20 illik yubileylərdən fərqli olaraq, bu dəfə dövlət başçısı onun əməkdaşlarını təltif etmədi. Necə deyərlər, şərhə ehtiyac yoxdur: Mərkəzi Bankın fəaliyyətinə qiyməti Cənab Prezident verdi!

 





16.02.2017    çap et  çap et