Vaxt.Az

Əllərində çiçəklər...


 

Ziya Məmmədova bir dəstə gül verib yola saldılar

Əllərində çiçəklər... Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar nazirliyinə birləşdirildi.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb.

Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib.

Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib.

Ziya Məmmədov alqışlarla yola salınıb.

Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi götərişlər verib. O, Xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb. (unikal.org)

 





16.02.2017    çap et  çap et