Virtualaz.org «Amerikanın səsi»inə istinadən xəbər verir ki, «quduz köpək» ləqəbli general Ceyms Mattis belə bəyanatla Brüsseldə NATO müdafiə nazirlərinin iclasında çıxış edib.
«Hazırda biz elə vəziyyətdə deyilik ki, Ruiya ilə hərbi sahədə əməkdaşlıq edə bilək. Lakin bizim siyasi liderlərimiz qarşılıqlı əlaqədə olacaqlar və təmas nöqtəsi tapmağa çalışacaqlar», - Mattis bildirib. Onun sözlərinə görə, hərbi əməkdaşlıqdan danışmazdan əvvəl Rusiya sübut etməlidir ki, beynəlxalq hüququn normalarına əməl edir.
Ceyms Mattisin bu bəyanatı Rusiya müdafiə naziri Sergey Şoyqunun Moskvanın Vaşinqtonla hərbi əməkdaşlığın bərpasına hazır olduğuna dair bəyanatının ardınca səslənib. Bundan əvvəl Ceyms Mettis bildirmişdi ki, ABŞ Rusiya ilə «güc mövqeyindən» danışacaq.