Vaxt.Az

«Obama özündən sonra «tör-töküntü» qoyub»


 

Tramp: ««The New York Times» üzr istəməlidir»

«Obama özündən sonra «tör-töküntü» qoyub» ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada «tör-töküntü» qalıb.

Bu barədə Tramp CNN telekanalı ilə yayımlanan mətbuat konfransında deyib.

Tramp bildirib: «Bildiyiniz kimi, administrasiyamıza hökümətdə, eləcə də iqtisadiyyatda çoxsayda problem miras qalıb».

Daha sonra ABŞ prezidenti əlavə edib: «İstər evin içində, istər xaricdə tör-töküntüdür - iş yerləri ölkədən çıxır, aşağı əmək haqqı, Yaxın Şərq, Şimali Koreya, hara baxırsan bax, özbaşınalıqdır. Biz bunun hamısını qaydaya salacağıq».(«Trend»)


***


«ABŞ Prezidenti Donald Tramp xüsusi xidmət orqanlarından informasiya sızması əsasında adminstirasiyasına qarşı materialları dərc etdiyi üçün «The New York Times»ın ondan üzrə istəməsini tələb edib». («Report»)

Donald Tramp bu açıqlamanı isə «Twitter» səhifəsində yazıb.

«Məxvi məlumatların sızması, qanusuz sızması Vaşinqtonda artıq neçə ildir problemdir. Uğursuz «The New York Times» (elə başqaları da) üzr istəməlidir»,- Donald Tramp yazıb.

ABŞ prezidenti əlavə edib ki, məxfi informasiyaları sızdıranlar «tutulacaqlar».

 





17.02.2017    çap et  çap et