«Qəza və təmir briqadalarımız əvvəlcədən hazırlıqları görüb, əgər güclü qar nəticəsində elektrik enerjisi şəbəkəsində hansısa qəzalar baş versə briqadalarımız qısa müddətdə onları aradan qaldırmaq imkanındadır. Digər tərəfdən son illərdə regionların, o cümlədən dağlıq rayonların elektrik enerjisi təsərrüfatının yenidən qurulması, istismar müddətini çoxdan başa vurmuş dayaqların, hava xətlərinin, transformatorların dəyişdirilməsi öz bəhrəsini verməkdədir və biz görülmüş işlər sayəsində bu cür sərt hava şəraitində elektrik enerjisi ilə təchizatda fasilələrin yaranması halları ilə çox az qarşılaşırıq», - Tanrıverdi Mustafayev deyib.