Vaxt.Az
«Bunu kim deyirsə, səhv edir»
ABŞ-ın BMT-dəki daimi təmsilçisi Trampı təkzib edir?
Vaşinqton hələ də Fələstin-İsrail münaqişəsinin iki dövlətli həlli seçənəyini dəstəkləyir. Strateq.az «Reuters»ə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.Donald Tramp isə bir neçə gün əvvəl bu seçənəyin Yaxın Şərqdə sülh üçün münasib olmadığını açıqlayıb.
N.Heyli BMT qərargahında jurnalistlərə bildirib: «Birincisi, Amerika iki dövlətli həlli dəstəkləyir. «ABŞ iki dövlətli həll dəstəkləmir» söyləyən səhv edir».
17.02.2017
çap et