Vaxt.Az

144 ölkə ilə alver edilib


 

İxrac olunanların həcmi idxaldan 3 dəfədən çox olub

144 ölkə ilə alver edilib Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycan 144 ölkə ilə ticarət əməliyyatları aparıb. Dövlət Statistika Komitəsindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, 97 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən isə idxal edilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 28-i Amerika, 49-u Avropa, 38-i Asiya ölkələridir.
İlin üç rübündə 32,7 milyard dollar xarici ticarət dövriyyəsi olub. Bu isə ötən illə müqayisədə 4,5 faiz artımdır. Ümumilikdə dövriyyənin 8,1 milyard dolları idxalın, 24,6 milyard dolları isə ixracın payına düşüb.
Ticarət əlaqələrinin 11,1-i MDB üzv-iştirakçı dövlətləri, 42,6-ı Avropa İttifaqı ölkələri, 46,3 faizi isə digər dövlətlərlə qurulub.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər, yağlar, idxal məhsulları arasında isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib.
Hesabat dövründə adambaşına düşən qeyri-neft məhsullarının ixracı 14,2 dollar artaraq 135,8 dollara bərabər olub.
 





04.11.2013    çap et  çap et