Vaxt.Az

Alimlər yeni qitə kəşf etdi


 

Yeni torpağın 95 faizi suyun altındadır

Alimlər yeni qitə kəşf etdi Amerikalı tədqiqatçılar belə qərara gəlib ki, planetimizdə 7 deyil, 8 qitə mövcuddur. Son araşdırmalara söykənən alimlər bildirirlər ki, Yeni Zellandiyanı əminliklə materik adlandırmaq olar. Bununla belə, onların sözlərinə görə, bura həmçinin Yeni Kaledoniya da aiddir. Məsələ burasındadır ki, bu iki ada bir qitə plitəsində yerləşirlər.

Bir çox ekspertlər bundan əvvəl də Zellandiyaya qitə kimi baxmağa çağırmışdılar. Onlar iddia edirdilər ki, bu ada qrupu nə zamansa bir qurunun hissəsi olub.

Yeni qitənin sahəsi 5 milyon kv.metrdir. Ərazisinin təqribən 94 faizi suyun altındadır.

Alimlər hesab edirlər ki, 100 milyon il əvvəl Zellandiya Qondvana superqitəsindən ayrılıb. Bu da Yer qabığının deformasiyasına gətirib, nəticədə materikin çox hissəsi suyun altında qalıb. Geoloqların öz iddialarını peyk müşahidələri, əsasən də qravimetriya ilə təsdiqləyirlər. Onların sözlərinə görə, Zellandiyanın yerində okean qabığı, yaxud vulkanik süxurlar deyil, materik yerləşir.

Müəlliflər coğrafi qitələrin sayını 7-dən (Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali və Cənubi Amerika) Zellandiyanı da əlavə etməklə 8-ə qaldırmağı təklif edirlər.

Bununla belə, digər qrup alimlər bildirirlər ki, Zellandiyanı həqiqətən materik adlandırmaq mümkündür, ancaq həmkarları bunun üçün kifayət qədər dəlillər irəli sürməyiblər.

 





17.02.2017    çap et  çap et