Bunu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, elektron mediaya dəstək göstərilməsi nəzərdə tutulub: «Bu məsələ bir neçə dəfə müzakirə olunub. Hətta Prezidentin KİV rəhbərləri ilə görüşündə gündəmə gətirilib. Təbii ki, əgər vəsait ayrılsa, bu, bütün elektron KİV-lərə şamil edilməyəcək. Bu gün saytları hər kəs izləyir. Onların materiallarının 80 faizi bir-birindən köçürmədir və eynidir. Bu cür xəbər portallarının olmasına nə ehtiyac var? Maddi yardım olanda əsasən xarici dillərdə fəaliyyət göstərən və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran KİV-lər maliyyələşdiriləcək. Ona görə də indidən gücünüzü ona yönəldin. Saysız-hesabsız portallar hər gün yaranır. Elə adam var ki, 10-12 sayt yaradır. Hökumət həmin saytların hamısına dəstək verəcək?! Təbii ki, bunun da xüsusi meyarları olacaq, statuslar müəyyənləşdirilməlidir». («Report»)