«Bizim vəzifəmiz NATO-nu əvvəlkindən güclü etməkdir. NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalıdır, Alyans fəaliyyətini beynəlxalq terrorizm kimi yeni çağırışlara uyğun qurmalıdır», deyə nazir bildirib.
F. İşıq həmçinin qeyd edib ki, Alyans Türkiyənin də yer aldığı cənub-şərq istiqamətdə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir: «Ümid edirik ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək».