Virtualaz.org xəbər verir ki, Tramp NBC, ABC, CBS, CNN telekanallarının, habelə «The New York Times» qəzetinin «amerika xalqının düşmənləri olduğunu» yazıb. «Bu feyk xəbər KİV-ləri mənim yox, amerika xalqının düşmənləridir!» - ABŞ prezidenti öz tvitində bildirib.
Xatırladaq ki, Amerikanın aparıcı KİV-ləri Trampı prezidentliyinin ilk günlərində verdiyi qalmaqallı fərmanlarına görə, daha sonra isə onun milli təhlükəsizlik müşaviri Ceyms Flinnin Rusiya səfiri ilə şübhəli təmaslarına və istefaya məcbur olmasına görə tənqid atəşinə tutur. Tramp şikayətlənib ki, mətbuat ona Rusiya ilə münaibətləri normallaşdırmağa imkan vermir.
Bu arada Trampın «xalq düşmənləri» siyahısından olan ABC News telekanalı bildirir ki, Məxfi Xidmət əməkdaşları prezidentin limuzininə daş atılması insidentini araşdırır. Məlumata görə insident Floridada baş verib, Trampın kortejindəki avtomobillərdən birinə hansısa bərk predmet dəyib. Məxfi Xidmət ehtimal edir ki, kimsə kortejə daş atıb. Dəyən zərbədən zirehli limuzin zərər görməyib. Tramp prezident səlahiyyətlərinin icrasına cəmi bir aydır başlasa da reytinqi durmadan aşağı düşür və o, ölkənin hər yerində küçə etirazları ilə qarşılaşır.