Vaxt.Az
Kremlin separatçıları dəstəkləyən addımı
Rusiya «DXR» və «LXR»in verdiyi pasportları tanıdı
Bu gün Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzalayıb. Virtualaz.org xəbər verir ki, sənəd Kremlin saytında yerləşdirilib.
Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd «beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması»dır.
Daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk «xalq respublikaları»nın pasportlarını rəsmi olaraq tanımır.
18.02.2017
çap et