Vaxt.Az

«NATO-nun fanatıyam»


 

Tramp: «Qurumdakı bir çox ölkə zəngindir»

«NATO-nun fanatıyam» «Mən NATO-nun fanatıyam». Bunu ABŞ prezidenti Donald Tramp Florida ştatının Melborn şəhərində çıxışı zamanı deyib.

O, deyib ki: «Mən NATO-nun fanatıyam. Lakin NATO-da olan bir çox ölkə zəngindir, amma onlar lazımı qədər pul ödəmirlər».

Qeyd edək ki, ABŞ-ın NATO-nun büdcəsinə töhfəsi əksər NATO ölkələrindən xeyli çoxdur. Tramp dəfələrlə qeyd edib ki, ABŞ faktiki olaraq NATO-nu saxlamağa məcburdur və NATO köhnəlmiş təşkilatdır. «Trend»

 





19.02.2017    çap et  çap et