Vaxt.Az

İranda gərginlik


 

Hökumət istifaya çağırıldı

İranda gərginlik İranın Ahvaz bölgəsində Ruhani hökumətinə etiraz edən vətəndaşlar, küçələri müharibə bölgəsinə çevirdi. Bir neçə gündür başlayan etiraz aksiyalarına Ahvaz İnqilabı adı verilməyə başlanılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, elektrik və su kəsintəri səbəbilə başlayan etirazlar, törədilən cinayətlərlə daha da qızışdı.

Ahvaz bölgəsinin təhlükəsizlik xidmətinin rəhbərinin etirazçılar tərəfindən öldürülməsindən sonra artan gərginliklərdə zaman-zaman atışmalar yaşanır. Atışmaların yaşanmasından sonra hökümət bölgəyə əlavə dəstək göndərdi.

Sosial media üzərindən «Ahvaz İnqilabı üçün meydanlara» çağırışları edənlər, Ruhani hökümətinin istefasını gözləyir. Aksiyanın keçirildiyi bölgədə işçilər də tətil edən edib. Bölgədə həyat durma nöqtəsinə gəlib.

 





19.02.2017    çap et  çap et