Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Münhen Təhlükəsizlik Konfransında belə açıqlama ilə çıxış edib.
O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp NATO ilə əməkdaşlığı zəiflədəcəksə, bu, təhlükəli olacaq.
«ABŞ öz öhdəliklərinə tərəfdar çıxmasa, NATO məhv olacaq», - deyə o bildirib.
Qeyd edək ki, Tramp bundan əvvəl NATO-nu köhnəlmiş təşkilat adlandırmışdı.