APA-nın verdiyi xəbərə görə, etirazçılar yaxın müddətdə daha bir çadırın qurulacağını bildiriblər. Hadisə yerinə polis və Milli Qvardiyanın əsgərləri cəlb edilib.
Dünən Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində yaşayan Ukrayna vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin tanınması haqqında fərman imzalayıb.
Fərmanda göstərilir ki, bu sənədin qəbul edilməsində məqsəd «beynəlxalq humanitar hüquqa və qəbul edilmiş prinsiplərə dayanaraq, insan hüquq və azadlıqlarının qorunması»dır.
Yeri gəlmişkən, daha öncə Kreml bildirirdi ki, Rusiya tanınmayan Donets və Luqansk «xalq respublikaları»nın pasportlarını rəsmi olaraq tanımır.
Onu da xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiya prezidenti Vladimir Putinin tanınmayan «DXR» və «LXR»in pasportlarının tanınması barədə fərmanını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.