Vaxt.Az

Məhkəmə daha bir bankı cəzalandırdı


 

Müştəri sirrini pozmaq 2000 manata başa gəldi

Məhkəmə daha bir bankı cəzalandırdı Bir neçə həftə əvvəl Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Paşayevin qətnaməsinə əsasən «Unibank»ın Antikollektorun müdafiə etdiyi vətəndaşa vurduğu mənəvi zərərə görə 1000 manat ödəməli olduğu haqda məlumat vermişdim. Həmin qərar arzuladığımız kimi presedentə çevrilir! Belə ki, analoji Qətnaməni Nərimanov rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanova da qəbul edib. Özü də bu dəfə bank borcluya 2000 manat ödəməli olacaq.

VAXT.AZ xəbər verir ki, Vətəndaş avtomobil kreditini vaxtında ödəyə bilmədiyi üçün bank bu barədə onun iş yerinə məlumat verib və bununla da bank sirrini pozub. Məhkəmə hesab edib ki, nəticədə borclu vətəndaş mənəvi zərbə vurub. Məhz buna görə də bank vətəndaşa 2000 manat ödəməlidir.

Banklar tərəfindən haqqı, ləyaqəti, şərəfi tapdanan bütün vətəndaşları bir daha mübariz olmağa çağırıram. 

P.S. Vətəndaşın xahişi ilə məhkəmənin ədalətli qətnaməsini hər iki tərəfin adını göstərmədən dərc edirəm. Bu dəfə bu, «Unibank» deyil. Son vaxtlar vətəndaşlara divan tutması haqda bir neçə dəfə yazdığım başqa bankdır.

 





20.02.2017    çap et  çap et