Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° isti, gündüz 8-12° isti,Bakıda gecə 0-2° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.