Vaxt.Az
Bakıda dəniz üzərində körpü tikilir
Pirallahı adası Abşeron yarımadasına birləşir
Paytaxt Bakıda dəniz üzərindən salınan yeni körpünün inşasında işlər artıq yekunlaşmaq üzrədir. Yeni yol Abşeron yarımadasından Pirallahı adasına qədər uzanacaq. Yeni körpü paytaxtın tıxac yükünü biraz da azaltmış olacaq. Körpünün bir sıra üstünlükləri də var.Adada təmir işlərinin bir hissəsi başa çatıb. Körpünün uzunluğu 421,45 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaq.
Körpünün tikilməsinə 2012-ci ilin oktyabr ayında start verilib. Körpünün tikilməsində məqsəd gediş-gəlişin asanlaşdırılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Yanaşma yolları ilə birgə körpünün uzunluğu 700 metrdir. Sahilbərkitmə işlərinin artıq 35-40%-i yerinə yetirilib.
Körpü bir sıra üstünlüklərə də malik olacaq. Tikinti işləri isə 2014-cü ildə yekunlaşacaq.
05.11.2013 çap et