Vaxt.Az

Həkimlərin imtahan nəticələri


 

133 nəfər uğurlu nəticə göstərən növbəti mərhələyə buraxılıb

Həkimlərin imtahan nəticələri Səhiyyə Nazirliyi tabeliyində olan tibb müəssisələrinə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna dair keçirdiyi imtahanların yekun nəticələrini açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ANS PRESS-ə açıqlamasında 
1500 vakant yerə 266 ərizə daxil olub. Onların 195-i imtahana buraxılıb.
Yekun nəticədə isə 133 həkim imtahanlardan uğurla keçərək növbəti mərhələyə-müsahibəyə buraxılıblar. Müsahibələrə isə yaxın günlərdə olacaq. 
Həkimlər oktyabrın 22, 24, 29 və 31-də imtahan veriblər. Həkimlərin işə qəbulu üçün müsabiqə iki mərhələdə keçirilir. Müsabiqənin ilk mərhələsi testdir. Bu zaman namizədlər 40-ı ixtisas, 10-u isə müvafiq qanunvericiliklə bağlı olan 50 suala cavab verirlər.
 





05.11.2013    çap et  çap et