Vaxt.Az

Rus diplomat ABŞ-da vəfat etdi


 

BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin qəfildən niyə öldü?

Rus diplomat ABŞ-da vəfat etdi Amerika KİV-ləri Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin qəfil ölümünün səbəbini yazıb. Virtualaz.org xəbər verir ki, diplomat qəfil ürək tutmasından ölüb.

«The New York Post» qəzetinin yazdığına görə diplomat Nyu York vaxtı ilə 9.30-da, (Bakı vaxtı ilə 18.30)  yəni səhər tezdən işdə olarkən «ürəyində yaranan problemlərlə bağlı» özünü pis hiss edib. Çurkin təcili xəstəxanaya aparılıb, lakin tibb işçilərinin səylərinə baxmayaraq vəfat edib.

Çurkin Rusiya diplomatiyasının «qırğılarından» hesab olunurdu və həmişə BMT Təhlükəsizlik Şurasında Ukrayna, Suriya, Liviya, İranın nüvə böhranı kimi kritik məsələlərdə kompromissiz mövqe tutub, habelə qərbin ünvanına tikanlı ifadələri ilə tanınıb.


***

21:23

BMT-də Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin 64 yaşında qəflətən vəfat edib. Virtualaz.org xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

«Rusiya XİN dərin hüznlə məlumat verir ki, fevralın 20-də, 65 yaşının tamam olmasına 1 gün qalmış Nyu-Yorkda Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vitali İvanoviç Çurkin qəflətən vəfat edib», - Rusiya XİN-in rəsmi məlumatında deyilir.

Qeyd olunur ki. diplomat iş otağında keçinib. O, 2006-cı ilin aprel ayının 8-dən BMT-də Rusiyanı təmsil edib.

 





20.02.2017    çap et  çap et