Vaxt.Az

Kişilər niyə keçəlləşir?


 

Alimlərdən yeni cavab

Kişilər niyə keçəlləşir? Şotlandiyanın Edinburq Universitetinin alimləri keçəlləşmə ilə bağlı önəmli araşdırma aparıblar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kişilərdə keçəlləşməyə səbəb olan 200-dən artıq genetik marker aşkar olunub. Bu kəşf keçəlləşmənin fərdi risklərini təxmin etməyə və effektiv terapiya təklif etməyə imkan verir.

40-69 yaş arasında 52 min kişi arasında keçirilən analizlərə görə, 32 faiz kişidə saç itkisi fiksasioya olunmayıb, 23 faizdə saç bir az tökülüb, 27 faizdə müəyyən səviyyədə keçəlləşmə müşahidə olunub və nəhayət, 18 faiz kişilərdə intensiv saç tökülməsi qeydə alınıb.

Kişilərin genomunda keçəlləşməyə cavab verən 287 variasiya (100-dən artıq gen) aşkarlanıb. Bu variasiyaların 40-ı X-xromosomundan (kişilərə analarından ötürülən xromosom) keçib. Alimlər əldə olunmuş nəticələrə əsasən, yaxın zamanlarda keçəlləşmə ilə mübarizədə effektiv vasitələrin hazırlanacağını elan ediblər.

 





20.02.2017    çap et  çap et