Vaxt.Az

İcra başçısı ad günündə pul paylayacaq


 

Mükafat fondu 6400 manatdır

İcra başçısı ad günündə pul paylayacaq Noyabrın 5-də Binəqədi Rayon icra Hakimiyyətində yerli icra hakimiyyətləri ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair növbəti konfrans keçirilib. Prezident yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə baş redaktorlar, rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak ediblər.
Tədbir həm də icra başçısı X.İsgəndərovun ad gününə təsadüf edib.
Bu görüşün ardından Binəqədi Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün fərdi yazı müsabiqəsi elan edib.
Müsabiqənin məqsədi Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır..
Müsabiqə "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçirilir.
Yazıların qəbulu 6 noyabr 2013-cü il tarixindən başlayıb, 16 dekabr 2013-cü il tarixində başa çatır.
Müsabiqəyə təqdim olunmuş yazılar aşağıdakı kimi mükafatlandırılacaq.
Həvəsləndirici mükafat - 200 AZN (10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcək)
Qaliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
 





05.11.2013    çap et  çap et