20-dən çox aparıcı qəzet və jurnal («Washington Post», «New-York Times», «Time», «Newsweek»…) Trampın Putinlə dərin münasibətinin və Trampın başqa çirkin işlərinin araşdırılması ilə ciddi şəkildə məşğul olur. «Moskva ilə xeyirxah münasibətləri bərpa etmək lazımdır, Tramp haqlıdır!» tipli məqalələr dərc edən bir neçə qəzet isə (məsələn, «Washington Times») cüzamlı rolunda görünmək riskindədir ("Həşarat, hələ de görüm, sənə nə qədər verilib?")
Sağlam düşüncəli respublikaçılar (sağlam mühafizəkarlar) daxil olmaqla Konqres üzvlərinin tam 60 faizi Trampa qarşı köklənib. Hətta Trampın «avtoritar tendensiyaları» Konqresdəki respublikaçılara da heç xoş gəlmir və və onun «impiçmentə cığırı» getdikcə hamar olur. Hakim və vəkillər, həmçinin əsas ştat və şəhərlərin qubernator və merlərinin Trampı heç sevmədiklərindən artıq yazmışam. ABŞ biznes elitasının önəmli hissəsi – xüsusən də xarici ticarətlə bağlı olanlar da Trampa qarşıdırlar.
Dəlisov Tramp «U.S. Intelligence Community» (ABŞ kəşfiyyat xidmətləri cəmiyyəti) ilə də münasibətləri korlamağı bacarıb, bu isə olduqca nüfuzlu qurumdur. Və hazırda məhz kəşfiyyat xidmətləri – aparıcı KİV-lərlə paralel şəkildə – Trampın bütün əməllərinin araşdırılması ilə məşğuldur. Hələ bir qrup psixiatr – «NY Times» vasitəsilə – 45 il əvvəlki «Qolduoter qaydası»nı pozaraq Trampı müayinə etmək təklifi verib.
Deyəsən, Tramp ətrafındakı dairə, demək olar, qapanıb və getdikcə daha daralır və sərtləşir. Trampın sanki Putini ittiham edən bəyanatlarına heç kim inanmır.
Bəs Trampın yerinə kim gələcək?
ABŞ-ın əsas KİV-ləri son bir neçə gündə tez-tez müdafiə naziri Mettis və vitse-prezident Pensin adını, onların ağıllı davranışını və Münhen konfransındakı sərt antiputin ritorikasını xatırladır. Bir neçə əsas senatorun – Trampın «düşmənləri» və Putinin köhnə «qeyri-dostları»nın – Makkeyn, Qrem və Rubionun adları da sıx-sıx hallanır. Anlamaq asandır ki, «ehtiyat rəhbər dəstə» hazırdır, Konqres və KİV-də isə ona dəstək təmin olunub.
Putin agenturasının ləğvi
Bəli, proses işə düşüb. Lakin lap başlanğıcdadır. 17 il ərzində toplanmış bu agenturanın kökünü kəsmək üçün güclü səylər tələb olunur.
Və əlbəttə, ən başlıcası: son bir neçə ay, xüsusən də son bir neçə gün aydın şəkildə göstərib ki, ABŞ isteblişmentinin böyük əksəriyyəti – ən azı, 90 faizi – Putin və Ко-a qəddarcasına nifrət edir. Məhz bu cür – qəddarcasına nifrət edir.
Putin və Ко-a qarşı ədavət, artıq indi isə nifrət burada, ən azı, 10 il müddətinə – 2007-ci ilin fevralındakı məşhur «Münhen nitqi»ndən başlanaraq yığılıb.
İstənilən halda Putin agenturasının ləğvi – Ağ Evin özündə (lərzəyə gəl, Stiv Bennon!), bütün Vaşinqtonda (Tillerson necə olacaq?), Nyu-Yorkda, Floridada və bütün ölkədə – indi-indi başlanır.