Vaxt.Az

«Bəziləri İrana badalaq atır»


 

Zərif: «... Qonşulardan bu cür rəftar gözləmirdik»

«Bəziləri İrana badalaq atır» «Biz bölgədəki problemlərin həlli üçün əməkdaşlıqdan bəhs edərkən bəziləri badalaq atır». Strateq.az «Mehr News»a istinadən xəbər verir ki, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik Konfransında Türkiyə, Səudiyyə Ərəbistanı və İsrailli rəsmilərinin İran barədə ifadələrinə belə təpki verib.

İran XİN-in rəhbəri deyib: «Biz bölgədəki problemlərin həlli üçün əməkdaşlıqdan bəhs edərkən bəziləri badalaq atır. Badalaq atmaq da bacardıqları iş deyil. Bölgədə uğur qazana bilməyənlər Trampın siyasətinə istiqamət vermək məqsədilə qıy-qışqırıq qoparırlar. Bunu İsrail etsə, başa düşərik. Amma qonşularımızdan bu cür rəftar gözləmirdik».

Məhəmməd Cavad Zərif daha sonra əlavə edib: «Türkiyə hökumətindəki dostlarımız İranı məzhəbçilikdə ittiham edirlər. Görəsən, onlar şiə olmayan dövlətdə dövlət çevrilişi cəhdinin həyata keçirildiyi gecə səhərə qədər yatmadığımızı xatırlamır? Bu, qədirbilməzlikdir».

 





23.02.2017    çap et  çap et