VAXT.AZ xarici mətbuata istinadən xəbər verir ki, «Petro Poroşenkonun bloku»nun təmsilçisi İqor Qrıniv parlamentdəki açıqlamasında Qonçarenkonun Odessada naməlum istiqamətdə aparıldığını təsdiqləyib. Grıniv, Qonçarenkonun tapılması üçün güc strukturlarına aid xüsusi təyinatlı dəstələrin təcili olaraq hərəkətə keçməsinin vacibliyini vurğulayıb.
Ali Radanın spikeri Andrey Parubiy da millət vəkilinin tapılması üçün təhlükəsizlik qüvvələrinə səslənib.
Ukrayna Baş prokurorluğunun mətbuat xidmətinin rəsmisi Larisa Sarqan isə hadisəylə bağlı açıqlamasında qaçırılma olayını təsdiq etməklə kifayətlənib.
Təhlükəsizlik orqanlarının olayla bağlı istintaqa başladığı qeyd olunub.