Vaxt.Az

ABŞ konsulluğunda PKK üzvü


 

Terrorçu tərcüməçi işləyirmiş

ABŞ konsulluğunda PKK üzvü ABŞ-ın Türkiyənin Adana Konsulluğunda uzun zamandır tərcüməçi işləyən Həmzə Uluçay PKK terror təşkilatının üzvü olma şübhəsi ilə həbs olunub.

VAXT.AZ xəbər verir ki, Qızıltəpə Prokurorluğunun Hamza Uluçay barədə həbs  qərarı çıxardığı bildirilir. İddiaya görə, bir neçə gün əvvəl «Behzat» ləqəbli terrorçunun Mardin şəhərində öldürülməsindən sonra, tərcüməçinin Nusaybin bölgəsinə gedərək terror təşkilatı üzvlərini terror fəaliyyətlərinə yönləndirib. Uluçayın Adanadaki evində əməliyyat həyata keçirən polis, orada heç kimi tapmayıb. Bundan sonra ABŞ-ın Adanadakı Konsulluğunun rəsmiləri ilə danışıqlardan sonra Uluçay konsulluq binasının qarşısında polislərə təslim edilib. Uluçay sağlıq yoxlamasından sonra Mardinin Qızıltəpə bölgəsinə aparıb. Uluçayın Qızıltəpədəki evində aparılan axtarış zamanı kürd dilində qadağan olunmuş kitablarla yanaşı, 7 «F», 7 «B» və 2 «K» seriyalı 21 ədəd 1 dollarlıq əskinaslar tapılıb.

 





23.02.2017    çap et  çap et