Vaxt.Az

«Şahidi olacaqsınız»


 

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: «Mehriban Əliyevanı təyinatı Azərbaycan xalqına, dövlətimizə töhfələr verəcək»

«Şahidi olacaqsınız» «Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək».

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

«Bu təyinat nəticəsində Azərbaycan dövlətçiliyində dinamizmi müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız», - deyə Ə. Həsənov qeyd edib.

 





25.02.2017    çap et  çap et