Vaxt.Az

TBMM-dən Xocalı bəyanatı


 

Türkiyə parlamentinin millət vəkilləri soyqırımı yekdilliklə qınayib

TBMM-dən Xocalı bəyanatı Türkiyə Dağlıq Qarabağ probleminin həllində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu il də Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvar Xocalı soyqrımı ilə bağlı Modern.az-a məktub göndərib. Millət vəkili, 25 il bundan əvvəl ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımının insanlığa zidd olduğunu bildirib:

«Ermənistan tərəfindən 26 fevral 1992-ci il Xocalıda insanlığa zidd olan qətliam törədilib.

Xocalı strateji cəhətdən son dərəcə önəmli yerdə yerləşirdi və bölgədə tək hava limanı Xocalıda idi. Bu səbəbdən də 1990-cı ilin əvvəllərindən etibarən ermənilər tərəfindən bölgədəki azərbaycanlılar hücuma məruz qalmağa başladı. 1992-ci il  fevralı 25-dən 26-na kemən Xocalıya daxil olan Ermənistan Silahlı Qüvvələri  rəsmi rəqəmlərə görə 613 nəfər, qeyri-rəsmi rəqəmlərə görə isə 1300 nəfər Azərbaycan türkünü qətlə yetirib.

Dağlıq Qarabağ bölgəsində yaşanan bir çox hadisə nəticəsində 1 milyondan çox Azərbaycan türkü qaçqın  və ya məcburi köçkün şəklində Azərbaycanın fəqli bölgələrində yaşamaq məcburiyyətində qalıb.

İnsan haqqlarının izləmə Komitəsinin rəyinə görə, XX əsrdə yaşanan ən böyük qətliam olaraq dəyərləndirilən bu vəhşi hadisəni Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv partiyalardan Ədalət və İnkişaf Partiyası (AKP), Cumhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkət (MHP) olaraq qınayırıq.

Tək millət, iki dövlət olaraq daima qardaş Azərbaycanın yanında olan bir ölkənin təmsilçiləri olaraq Xocalıda həyatını itirən azərbaycanlı qardaşlarımızın məkanının cənnət olmasını diləyirik.

Türkiyə-Azərbaycan Parlametlərarası Dostluq Qrupu üzvləri olaraq Beynəlxalq cəmiyyət və qurumları, foto, video və etiraflar kimi bütün sübutlarla ortada olan bu insanlığa zidd hüquqsuzluğa izləyici olmamalarını, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından tez bir zamanda çəkilməsinin vacibliyi bildiririk».

 





26.02.2017    çap et  çap et