Vaxt.Az

Nazarbayev Nobel ala bilər


 

İkinci dəfə ən yüksək mükafata namizəd olan prezidentin rəqibi qazaxıstanlı rəssamdır

Nazarbayev Nobel ala bilər Mərkəzi İsveçrədə yerləşən Bazel Elmi-Araşdırma İnstitutunun ofisinin direktoru Alin Vare Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

Qazaxıstan KİV-i xəbər verir ki, anti-nüvə hərəkatının fəallarından olan A.Vare bu haqda «Facebook» səhifəsində yazıb.

O, «ATOM» layihəsinin fəxri səfiri, rəssam Karipbek Kuyyukovun da Nobel sülh mükafatına namizədliyini irəli sürüb.

«Nüvə silahının məhv edilməsi və sülh uğurunda yorulmaz fəaliyyətlərinə görə mən bu il Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Karipbek Kuyyukovun Nobel sülh mükafatına layiq görülməsini təklif edirəm», - deyə o, yazıb.

A.Vare bildirib ki, britaniyalı siyasətçi Bill Kidd də Nazarbayev və Kuyyukovun bu mükafat layiq görülməsini təklif edib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bu mükafata namizədliyi 2011-ci ildə də müxtəlif təşkilatlar tərəfindən irəli sürülmüşdü. («Report»)

 





27.02.2017    çap et  çap et