Onun sözlərinə görə, yaz ayları Dağlıq Qarabağda müharibə aparılması üçün daha münasib vaxtdır. Ekspert hesab edir ki, tərəflər (Azərbaycan və Ermənistan) danışıqların davam etdirilməsinin zəruriliyinin başa düşsə də, buna mene olan amillər var.
«Ermənistanda keçiriləcək parlament seçkiləri və Donald Trampın prezident seçkilərində qələbə qazanması buna mane olur», - deyə əlavə edib.
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını hərbi qulluqçularımız - Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.
Onların nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.
Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozub. Və əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.