«Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur». Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, Ermənistan və Azərbaycanı münaqişənin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb.«Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Hərbi həll yolu yoxdur. Biz Ermənistan və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırırıq», - deyə Y.Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sərkisyanla keçirdiyi görüşdən sonra vurğulayıb.
NATO baş katibi qeyd edib ki, rəhbərlik etdiyi qurum ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair səylərini tamamilə dəstəkləyir. («Report»)
çap et