ABŞ prezidenti Donald Tramp bəyan edib ki, 2018-ci ildə «Amerika tarixində ordunun təkmilləşdirilməsi üzrə ən böyük proqram həyata keçiriləcək», müdafiə xərcləri xeyli artırılacaq.RİA Novosti xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ Silahlı Qüvvələrini bütövlüklə yeni səviyyəyə çıxarmaq niyyətindədir.
Hərbi xərclərin artırılması növbəti il üçün ilkin büdcə layihəsində nəzərdə tutulub.
Mütəxəssislər qeyd edirlər ki, Trampın bu addımı digər ölkələrin, o cümlədən Rusiya və Çinin də, hərbi xərcləri artırmasına səbəb ola bilər.
çap et