Vaxt.Az
«Mahiyyəti qarşılıqlı güzəştlərdir»
Ter-Petrosyanın partiyası da Qarabağda sülhə çağırır
Dağlıq Qarabağda sülhün bütün mahiyyəti - bu, qarşılıqlı güzəştlərdir. Virtualaz.org «Novosti Armeniya»ya istinadən bildirir ki, bunu fevralın 27-də Milli Məclisdə jurnalistlərlə söhbətdə Erməni Milli Konqresi parlament fraksiyasının başçısı Levon Zurabyan deyib.O xatırladıb ki, sabiq prezident Levon Ter-Petrosyanın komandasında qarşılıqlı güzəştlərə cəhd 1991-ci ildə, 1994-cü ildə, 1998-ci ildə və ondan sonra da olub.
«Mən düşünmürəm ki, məntiqə malik olan hansısa bir ciddi insan sülhün zərurət olduğunu və ona nail olmaq üçün qarşılıqlı güzəştlərin vacibliyini anlamasın», – deyə Zurabyan vurğulayıb.
27.02.2017 çap et