Vaxt.Az

«Həkimlərin ifadələri ziddiyyətli idi»


 

Fatimə Rəfsəncani: «Atamın infarktdan ölməsi inandırıcı deyil»

«Həkimlərin ifadələri ziddiyyətli idi» Fatima Rəfsəncani – İranın sabiq prezidentinin qızı atasının ölüm səbəbinin hələ də qeyri-müəyyən olduğunu bildirib.

Strateq.az xəbər verir ki, 83 yaşlı Əkbər Haşimi Rəfsəncaninin yanvar 8-də infarktdan vəfat etdiyi elan olunub. Lakin qızı Fatimə ISNA xəbər agentliyinə müsahibəsində deyib: «Səhiyyə naziri və atamı müayinə edən həkimlərin ifadələri qeyri-dəqiq və ziddiyyətli idi».

Fatimə Rəfsəncani bildirib ki, «atasının ölümüylə əlaqədar həkimlər tərəfindən təqdim edilən sübut inandırıcı deyil».

O, həmçinin vurğulayıb ki, ölümündən əvvəl atasının sağlamlıq vəziyyəti yaxşı idi və o, ABŞ-da yaşayan təcrübəli iranlı həkim tərəfindən müayinə olunub.

İrandakı müxalif «Yaşıllar Hərəkatı» tərəfdarları isə «Amerikanın Səsi»nə aıqlamalarına Ə.Rəfsəncaninin öldürüldüyünü və həkimlərin saxta arayış verdiklərini iddia ediblər.

 





27.02.2017    çap et  çap et