Bəyəm digər insanlar, belə etməyənlər inancsızdır?
Bu nə sortlaşdırmadı, bu necə bölgüdür? İnanclı, inancsız... Bizdə belə sosial təbəqələrmi, siniflərmi var?
Bəlkə fərqləri və ya onlarda fərqləndirilən inancın doza və arxa planı, yönü, məqsədidir, kimin əlinə nə verdiyindədir?
Xaricə meylli aktiv dinçilər bu aralar fəallaşacaqlar.
Proqnoz-filan vermirəm, sadəcə məntiq bunu deyir. Qarabağdakı haqlı torpaq savaşını dini savaş, assosiativ olaraq da terror rənginə boyaya bilmək, bununla da xristian dünyasında (yenidən və ya bir daha) «yazıq», «əzabkeş», «məzlum», «ilk xristianlar»ı qəddar müsəlman-türklərin qırdığı görüntüsü yaratmaq üçün buna bənzər cəhdlər olacaq. Bunu onlar istəyir, bu onlara ayaqda qala bilmək üçün hava-su kimi lazımdır.
Bunlar bundan başqa heç nə ilə cəlbedici, maraqlı deyillər. Bu «onların əməlinə nədən göz yumulsun», «nədən kimlərsə onları qorusunlar», onlar kimdir, onlara kimlərsə niyə yazığı gəlsin, rəhm, güzəşt eləsin, öncəlik tanısın sualı yaradıb cavabı olmaq üçün gərəkdir; bundan başqa səbəbləri, təqdim edə biləcəkləri bir şey yoxdur. Bu onların tutuna bildikləri tək və yeganə istinad, əsasdır». İlk və «ən birinci xristian», «xristianlığı ilk olaraq rəsmi din elan edən» imici onlar üçün həyati əhəmiyyət kəsb edir. Bir də İsanın əzabkeşliyinə uyğun bir «genosid olunmuş»luq çaları da əlavə olundusa, oldu tam. İsanı yəhudilər öldürüb, aha, yəhudilərlə də hərdən bir az dilləşib antisemit seqmenti üçün də cəlbedicilik qazanmaq, həm də İsanın obrazını özündə tamamlamaq... Oldun tipik üzdə məzlum, altda dəcəl, xatakar xristian balası.
Bu bic, çoxbilmiş qonşularımızın üzlərinə çəkdikləri maskanın ölçüləri, rəngləri, parametrləri, kimyasıdır. Dualarına da «amin» dedirdəcək nə qədər desən «inanclı» içimizdə...
Bu kimi hallardan, şəhid dəfnlərindən, insanların həssaslığından, kövrək hisslərindən istifadə edərək orada-burada, getdikcə daha tez-tez gözə dəyəcəklər.
Adını da qoyacaqlar belə - «şəhidin məzarında dini şüar səsləndirdi», həbs edildi, zülm, işgəncə gördü.
Hələ bilinmir bu kimdir, məqsədi nə imiş? «İnanclı» vəssalam.
Bir-iki belə «fakt», audio-vizual dəlil əldə edən düşmən oradan-buradan idarə olunan bu tip saytlarda informasiya yayıb, səs-küy qaldıracaqlar ki, İsa xətrinə qoymayın, bu müsəlman türklər «Allah-Allah» deyib üstümüzə gəlirlər, amandır bizi qoruyun bunlardan.
Bizim soydaşlarımıza da desən ki, ehtiyatlı ol, dediyini, elədiyini ehtiyatla et, etməyəcəyini demə, dediyini də şəraiti, ölçünü, nizamı nəzərə alaraq dilə gətir.., deyəcək hə, nə var ki, bunda?! Şəhiddir də, üstündə mollanın dediyindən bir az yüksək səslə ərəbcə nə isə deyilir. Müsəlman deyilikmi, bu da şəhid olmayıbmı, burda uyğun gəlməyən nə var ki?
Yəni, nəzəri olaraq elə bir qəbih əməl də yoxdur ha! Camaatın bir ehtiyac görmədiyi, etmədiyi bir işdir, amma kimsə desə, eləsə etiraz da etməz. Deyər, yəqin şəriət belə buyurub, vacibatdır. Şəhid olanın cənazə məclisində məsələn, «Allahu-əkbər» qışqırmağın nəyi pisdir? «Burda nə var ki?» deyər.
Di gəl, bunun indi orada-burada, «Biləcərinin bu tərəfində» necə anlaşıldığını, qavranıldığını izah elə!