Vaxt.Az

ABŞ Senatı yeni ticarət nazirini təsdiqlədi


 

79 yaşı, 2,5 milyard dollarlıq sərvəti var

ABŞ Senatı yeni ticarət nazirini təsdiqlədi ABŞ Senatı Uilbur Rossun Ticarət Nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.

APA-nın «Reuters» agentliiynə istinadən verdiyi xəbərə görə, 79 yaşlı milyarderin namizədliyinin lehinə 72, əleyhinə isə 27 senator səs verib.

«Forbes» jurnalının məlumatına görə, U.Rossun şəxsi sərvəti 2,5 milyard dollar təşkil edir.

Bundan əvvəl Uilbur Ross namizədliyinin təsdiqlənəcəyi təqdirdə sərmayə biznesindəki payını satacağını bildirib.

 





28.02.2017    çap et  çap et