Gecə şəhidimizi «göylərə uğurlamaqçün» aeroportdaydıq. Qəribəydi... Şəhid atası hamımıza təskinlik verirdi, «sizin» də başınız sağ olsun, Vətən sağ olsun» deyirdi! Deyirdi ki, biz əziyyət çəkmişik, sağ olaq...
Amma mən şəxsən utanırdım. Çünki sayca az idik. Çoxumuz yox idik. Naxçıvanla bağlı «siyasi-şou» xarakterli bütün məsələlərdə bircə dəyqənün içində «pırtdıyıb çıxan» əslən naxçıvanlı siyasətçilər, vəzifəlilər, partiya sədrləri, imkanlı iş adamları... heç biri gözə dəymirdi. Naxçıvanlı deputatlar, Naxçıvanın deputatları yox idilər. Başları ya yuxuya, ya da yuxudan daha önəmli şeylərə qarışmışdı. Ən azından qarşılamaya övladlarını göndərə bilərdilər, göndərməmişdilər...
«Xəbərimiz olmuyub» söhbətləri haqq qazandırmayacaq, XƏBƏRİNİZ OLMALIYDI!!! Şəhidimizin xəbərini alandan mütəmadi əlaqə saxlıyırdıq, şəhidin atasının Beyləqanda, hərbi hissədə oturub sonuncu dəfə «övlad yolu gözlədiyindən» xəbərdar idik, kim soruşurdusa bildiyimizi deyirdik. Sadəcə «Facebook» vasitəsi ilə. O zaman əlaqə imkanları bizdən qat-qat artıq olanlar necə bilməyə bilərdilər?
Biz axşam heç bu haxda düşünmürdük də, hətta şəxsən mənim, nə şəkil çəkməyə, nə də harda olduğumu işarələməyə əlim gəlmədi. Çünki borcumuzdu! Canımız çıxsa da, getməliyik! Və siz-yoldaşlar, cənablar, bəylər! Verdiyiniz dəyər öz dəyərinizdi – gec-tez dəyərinizi alacaqsınız! Darıxmıyın!!!