Vaxt.Az

Sabit Bağırovun təklifləri qeyd-şərtsiz qəbul olunmalıdır


 

MSŞA QHT Koalisiyası Şurasının növbəti toplantısı keçirilib

Sabit Bağırovun təklifləri qeyd-şərtsiz qəbul olunmalıdır Bu gün İctimai Birliklərin «Mədən sənayesində şəffaflığın artırılması» (MSŞA) QHT Koalisiyası Şurasının növbəti toplantısı keçirilib. Toplantıda Koalisiyanın daxili problemləri, martın 8-i və 9-da Kolumbiyanın paytaxtı Boqotada keçiriləcək MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin növbəti toplantısından əvvəl Azərbaycanın statusu ətrafında yaranmış vəziyyət, MHŞT üzrə Çoxtərəfli Qrupa üzvlərin seçilməsi və cari məsələlər müzakirə edilib.

VAXT.AZ-a daxil olan məlumata görə, Müzakirələrdə Koalisiya Şurası qurum daxilində yaranmış böhranın aradan qaldırılması üçün Koalisiya Şurasının keçmiş üzvü Sabit Bağırov tərəfindən irəli sürülən təkliflərin olduğu kimi, qeyd-şərtsiz qəbul edilməsinə tərəfdar çıxıb. Bununla bağlı müvafiq bəyanat da qəbul edilib.

Həmçinin, toplantıda MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə Azərbaycanın tamhüquqlu üzv statusunun bərpası üçün müraciət qəbul olunub. Müraciətdə Azərbaycan üçün təsdiqlənən İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icrasından sonra vəziyyətin müsbətə doğru dəyişməsinin nəzərə alınması və ölkəmizin MHŞT-də tamhüquqlu statusunun bərpasına çağırış edilib.

Eyni zamanda Koalisiyanın MHŞT üzrə Çoxtərəfli Qrupda təmsilçiliyi ətrafında yaranmış durum da müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Koalisiyanın Ümumi Yığıncağının çağrılması üçün məsləhətləşmələrə başlanılması ilə əlaqədar da fikir mübadiləsi aparılıb, üzvlüklə bağlı müraciətlərə isə növbəti iclasda baxılması qərara alınıb.

Müzakirələr zamanı Koalisiya Şurası üzvü Əliməmməd Nuriyev tərəfindən Koalisiya üzvlərinin və vətəndaş cəmiyyətinin problemlərinin həlli ilə bağlı görülən işlər barədə də məlumat verilib.

 





28.02.2017    çap et  çap et