«Hazırda Zəncanda 250 qızıl mağazası mövcuddur. Mağazaların sayının az olmasına baxmayaraq qızılın satış həcmi olduqca aşağıdır. Xüsusi ilə belə satış səviyyəsi Novruz Bayramı ərəfəsində qəbuledilməzdir. Satış problemi ucbatından Zəncanda ayda iki qızıl mağazası bağlanır», deyə o qeyd edib.
Zəncan Zərgərlər Birliyinin rəisi əlavə edib ki, vergi dərəcəsinin yüksək və satış səviyyəsinin aşağı olması qızıl mağazalarının əsas problemidir. «Son aylarda Zəncanda qızıl mağazalarının sayında artım olmayıb, əksinə onların sayı getdikcə azalır», deyə Məhəmməd Səfayi bildirib.
Ötən aylarda Zəncanın qızıl bazarı vergi dərəcəsi ilə satış səviyyəsinin uyğun olmadığına etiraz olaraq 10 gün fəaliyyətini dayandırmışdır. Dövlətin əlavə dəyər vergisi dərəcəsinin artırılmasını özlərinə qarşı böyük zülm hesab edən mağaza sahibləri buna kütləvi şəkildə etiraz etmişdilər.