Vaxt.Az

400 fəhlə ayağa qalxdı


 

Ərdəbildə 14 aydır maaş almayan işçilərin etiraz aksiyaları davam edir

400 fəhlə ayağa qalxdı Aylardır mitinqlər keçirib və müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra hər hansı bir nəticə ala bilməyən ərdəbilli fəhlələr mitinq keçirməkdə davam edirlər.

İran xəbər agentliklərinin bildirdiyinə görə, Ərdəbil dəmir əritmə zavodu fəhlələrinin 14 aylıq maaşı ödənməyib.

ILNA agentliyinə istinadən, maaşlarını ala bilməyən fəhlələrin sayı təqribən 400 nəfərdir. Onlar keçən bir il ərzində dəfələrlə Ərdəbil valiliyi binası önündə aksiya təşkil ediblər.

Ərdəbil valisi Məcid Xudabəxşin bu xüsusda heç nə edə bilmədiyini söyləməsi ardından, Ərdəbilli işçilərin növbəti mitinqi fevralın 26-da vilayətin Əmək və Sosial Müdafiə İdarəsi önündə təşkil olunub.

 





02.03.2017    çap et  çap et