Vaxt.Az

«Azerlight» 58 dollara yaxınlaşır


 

«Brent» isə ucuzlaşıb

«Azerlight» 58 dollara yaxınlaşır Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Virtualaz.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX («New York Mercantile Exchange») birjasında «Layt» markalı neftin bir barelinin qiyməti 0,30 dollar ucuzlaşaraq 53,53 dollar, Londonun ICE («InterContinental Exchange Futures») birjasında «Brent» markalı neftin bir barrelinin qiyməti 0,29 dollar azalaraq 56,07 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı «Azeri LT CIF» markalı xam neftə gəlincə, onun 1 barelinin qiyməti 0,84 dollar və yaxud 1,48 faiz artıb.

Beləliklə, «Azeri LT CIF» markalı neftin bir barelinin qiyməti 57,52 dollara bərabər olub.

 





02.03.2017    çap et  çap et