Vaxt.Az

«Biz dövlətlərə qarşı duracağıq»


 

Tramp dediklərinin əksinə gedir

«Biz dövlətlərə qarşı duracağıq»

Birləşmiş Ştatlar öz müttəfiqləri ilə birlikdə qonşularına qarşı təhdid aparan və ya öz regionunda vəziyyəti gərginləşdirən dövlətlərə qarşı durmaq niyyətindədir.

Belə bir təminat prezident Donald Trampın Senata və ABŞ Konqresinin Nümayəndələr Palatasına birinci müraciəti ilə bağlı ABŞ Dövlət Departamentinin yaydığı bəyanatında əksini tapıb.

Qeyd edək ki, Amerika prezidentinin indiki bəyanatı suveren ölkələrin işlərinə qarışmama və «izolyasiya siyasəti» primatı haqqında onun seçkiqabağı ritorikası ilə uyğun gəlmir. Görünür, ABŞ bu məsələlərdə kifayət qədər aktiv müdaxiləni planlaşdırır və özünü dünya arbitri hesab etməkdə davam edir.

 





02.03.2017    çap et  çap et