Vaxt.Az

Nə az nə çox, 40,82 milyard


 

Rusiyanın Ehtiyat Fondu 4,3 faiz azalıb

Nə az nə çox, 40,82 milyard Rusiya Ehtiyat Fondu bu ilin fevral ayında rubl ekvivalentində 4,3 faiz və ya 42,22 milyard rubl azalıb.

«Report» «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, dollar ekvivalentində Ehtiyat Fondunda azalma 0,11 mlrd. və ya 0,7 faiz təşkil edib. Buna səbəb dolların fevral ayında rublla müqayisədə ucuzlaşması amili olub. Belə ki, fevralda məzənnə fərqi 40,82 milyard rubl və ya 0,7 milyard dollar təşkil edib.

Qeyd edək ki, Maliyyə Nazirliyi fevral ayında valyuta bazarına alış istiqamətində müdaxilə edib. Lakin bu vəsait Mərkəzi Bankın hesablarında qalıb və Ehtiyat Fonduna köçürülməyib.

 





02.03.2017    çap et  çap et