Vaxt.Az
«İndi guya sən öz aləmində özünə xal toplayırsan?»
Bəxtiyar Hacıyevdən Ramin Hacılının erməni qızla rəqsinə ibrətamiz münasibət
Siyasi fəal Bəxtiyar Hacıyev Avropa Hərəkataının Azərbaycan nümayəndəlinin rəhbəri Ramin Hacılının İrəvanda erməni qızla qol götürüb pynamasını tənqid edib.
B.Hacıyev bildirib ki, indiyə qədər beynəlxalq tədbirlərdə xeyli sayda ermənilərlə görüşüb: «Özümü başqa gənclərdən nə az demokrat, nə az liberal, nə az vətənpərvər, nə az diplomatiyadan xəbəri olan saymıram. Amma ermənilərlə heç nəyin xatirinə qol qaldırıb oynamaq barədə ağlımın ucundan da keçirməmişəm. Çünki, bütün regionun lideri olmaq iddialarımıza baxmayaraq, müvəqqəti də olsa, biz məğlub tərəfik. Ermənilərə xalq diplomatiyası da, iki ölkə gənclərinin dostlaşması da, sevişməsi də sərf edir, çünki bu status-kvonu qorunmasına xidmət edir, Ermənistanın işğalını unutdurur, gənclər isə keçmişə yox, indiki reallığı qəbul edib gələcəyə baxmaq haqqında düşünür. Məhz buna görə bir çox beynəlxalq tədbirlərdə ermənilər ən gözəl qızlarını bizim fəal gənclərin qarşısına göndərirlər. Azərbaycana isə erməni tərəfi ilə xalq diplomatiyası, sevişmək, əylənmək indiki mərhələdə sərf etmir».
B.Hacıyevin bu fikirlərinə R.Hacılının cavabı belə olub: «İndi guya sən öz aləmində özünə xal toplayırsan? Və ya düşünürsən ki, xalqın milli dəyərlərə üstünlük verən kəsimi səni süvəcək? İstənilən məsələdə səndən daha üstün və ədalətli olduğumu hər kəs bilir. Bilməyənlər də biləcək. Dediyim kimi, heç bir ciddi adam mənim hərəkətlərimə qarşı çıxmır. Həyat gözəldir».
06.11.2013 çap et