Qətnamə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və onun ərazilərinin işğalını və eyni zamanda işğal xətti boyunca Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.
Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun «müstəqilliyi»ni tanımaqdan və bölgədə yürütdüyü siyasətdən imtina etməyə çağırıb.
Sənəddə konqresmenlər Amerikanın Gürcüstanla müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.