Ölkənin ali məhkəmə orqanı 2011-ci ilin yanvarında iğtişaşlar zamanı nümayişçilərin öldürülməsinə aidiyyəti olmaqda ittiham edilən sabiq prezidentə tam bəraət qazandırıb.
Kasasiya Məhkəməsinin Hüsni Mübarəkin işi üzrə hökmü «əsrin məhkəməsinin» qəti hökmüdür və ondan şikayət verilə bilməz.
H.Mübarək 2012-ci ildə Qahirə Cinayət Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. 2014-cü ilin noyabrında Qahirə Məhkəməsi Misirin sabiq prezidenti üzərindən bütün ittihamları götürüb. Bu qərar xalq arasında narazılıq doğurub. Bir sıra prosessual pozuntuların olduğunu bəyan edən Baş Prokurorluq məhkəmənin hökmünə qarşı şikayət verib.